27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank filialları və şöbələrin sayı açıqlandı

2019-cu ilin dekabr ayında bank filiallarının sayı 509, bank şöbələrinin sayı 133, ATM-lərin sayı isə 2647 olub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2018-ci ilin sonunda isə bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2502 olub. Belə ki, ümumi sayda 2019-cu ildə artım olub.

Noyabr ayı ilə müqayisədə dekabrda bank filiallarının və şöbələrinin sayında heç bir dəyişiklik olmayıb, amma ATM-lərin sayı 20 ədəd artıb.

Son xəbərlər
Digər xəbərlər