Azərbaycanda bank kartları ilə e-ticarət ödənişləri rekord vurub

Azərbaycanda 2021-ci ilin fevralında plastik kartlarla ölkədaxilində elektron ticarət üzrə əməliyyatların həcmi açıqlanıb.

Banker.az xəbər verir ki, əməliyyat sayı 2020-ci ilin son ayı ilə müqayisədə az olsa da, əməliyyat həcmi ölkə tarixində rekorddur.

Mərkəzi Bankdan alınan məlumata əsasən, cəmi 28 günü əhatə edən 2021-ci ilin ikinci ayında Azərbaycanda e-ticarətdə ödənişlərin əməliyyat sayı 5.62 milyon ədəd, həcmi isə 303 milyon manatı əhatələyib. Bu da ölkə tarixində ən böyük rəqəmdir.

Bu 2020-ci ilin müvafiq ayına nisbətdə 25%, son bir ayda isə 3.4% artım deməkdir.

e-Ticarətdə kredit kartların aktivliyi müşahidə edilmir. Bu kartlar vasitəsi ilə aparılan əməliyyatların sayı 953 min ədəd, həcmi isə 34 milyon manatı əhatə edir. Bu da 2020-ci ilin müvafiq dövründən 2.86%, yanvardan isə 5.6% geri qalır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.