27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank kartlarının sayı 2 milyon ədədə yaxın artıb

Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin mart ayında da davam edib. 

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin mart ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 769 min ədəd təşkil edib.

Fevral ayının sonu ilə müqayisədə Mart ayı ərzində cəmi ödəniş kartlarının sayı 190 min ədəd artıb. Fevral ayında cəmi ödəniş kartlarının sayı 166 min ədəd artmışdı.

Martda sosial kartların sayı 8 min ədəd artaraq 3 milyon 458 min ədədə, əməkhaqqı kartlarının sayı 39 min ədəd artaraq 2 milyon 599 min ədədə, Sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 118 min ədəd artaraq 2 milyon 567 min ədədə, kredit kartlarının sayı isə 24 min ədəd artaraq 1 milyon 145 min ədədə çatıb.

2021-ci ilin mart ayında illik müqayisədə cəmi ödəniş kartlarının sayı 1 milyon 914 min ədəd artıb. 2020-ci ilin eyni ayında cəmi ödəniş kartlarının sayı 7 milyon 855 min ədəd təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər