Azərbaycanda bank məlumatlarını oğurlayan yeni hücumlar qeydə alınıb

Fişinq hücumun səsli versiyası olan vişinq hücumları Azərbaycanda yeni yayılmağa başlayıb.

Banker.az xəbər verir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar vətəndaşlara zəng edərək onlardan kart məlumtlarını istəyirlər.

“Vətəndaşlara gələn telefon zənglərinə cavab olaraq heç bir şifrə, kart nömrəsi və sair kimi fərdi məlumatların kənar şəxslərə ötürülməməsi üçün diqqətli olmaları tövsiyə edilir. Müvafiq hallarla qarşılaşdığınızda hüquq mühafizə orqanlarına məlumat verməyiniz xahiş olunur.

Belə dələduzluq halları ilə qarşılaşan bank müştəriləri isə inandırıcı olsun deyə zənglərin daha çox müştərisi olduğu bankın adından edildiyini qeyd edirlər” – deyə məlumatda bildirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.