18 C
Baku
Bazar, Oktyabr 24, 2021

Azərbaycanda bank müştərilərinin sayı 1 milyondan çox artıb

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin fevral ayına  9 255 820 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 141 059 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 114 761 nəfər artması deməkdir.

Bu ilin yanvar ayında bank müştərilərinin sayı 9 131 891 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 123 929 nəfər artıb.

Bank müştərilərindən 9 140 197  nəfəri fiziki şəxslər, 115 623 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 122 615 nəfər, hüquqi şəxslərin sayı 1 314 nəfər artıb.

Son xəbərlər
Oxşar xəbərlər