27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank müştərilərinin sayı 1 milyondan çox artıb

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin mart ayına  9 435 486 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 227 652 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 207 834 nəfər artması deməkdir.

Bu ilin fevral ayında bank müştərilərinin sayı 9 255 820 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 179 666 nəfər artıb.

Bank müştərilərindən 9 318 496 nəfəri fiziki şəxslər, 116 990 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 178 299 nəfər, hüquqi şəxslərin sayı 1 367 nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər