13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Azərbaycanda bank müştərilərinin sayı 11 milyonu ötdü

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin sentyabr ayına  11 204 441 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 760 908 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 2 443 533 nəfər artması deməkdir.

Bu ilin avqust ayında bank müştərilərinin sayı 10 989 590 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 214 851 nəfər artıb.

Bank müştərilərindən 11 079 967 nəfəri fiziki şəxslər, 124 474 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 216 094 nəfər artıb, hüquqi şəxslərin sayı 1 243 nəfər azalıb.

Son xəbərlər
Oxşar xəbərlər
X