Azərbaycanda bank müştərilərinin sayı 24% artıb

2019-cu ilin noyabrın 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 122 004 nəfər artaraq 7 845 360 nəfər təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə,  müştərilərin 7 726 983 nəfəri fiziki, 118 377 nəfəri hüquqi şəxslərdir. Oktyabr ayı ərzində fiziki şəxslərin sayında 120 219 nəfər, hüquqi şəxslərin sayında isə 1 785 nəfər artım olub.

Həmçinin bank müştərisi olan fərdi sahibkarların sayı da 33 236 nəfər artaraq 346 970 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 1 509 955 nəfər və ya 23,8% artıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları