27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank rəhbəri banklarda bu ixtisasa ehtiyac olduğunu deyir

Azərbaycanın bank sektorunun inkişafı üçün bu gün əsas dəstək mövcud qaydalarda və qanunlarda sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır.

APA agentliyinin məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, digər məsələ bankları İT üzrə yüksək kompetensiyalara malik kadrlarla təmini ilə bağlıdır.

“Hazırda bankların İT üzrə böyük işçi qüvvəsinə tələbat var. Lakin bu tələbat müvafiq təkliflərlə qarşılanmır. Bunun həlli üçün banklar ayrı ayrılıqda öz təşəbbüslərini reallaşdırır və tələblər üçün ixtisasartırma kursları formalaşdırırlar”, – deyə Z. Nuriyev qeyd edib.

Son xəbərlər
Digər xəbərlər