3 C
Baku
Şənbə, Yanvar 29, 2022

Azərbaycanda bank sədri dəyişdi – TƏYİNAT

Naxçıvan Muxtar Respublikasının kommersiya bankı olan “Naxçıvanbank” ASC-nin sədri dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Məmmədov Azər Telman oğlu regional bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Onun yerinə isə bu vəzifəni müvəqqəti icra edəcək 38 yaşlı İsayev İsa Bünyad oğlu təyin edilir. İ.B.İsaeyev 2011-ci ilin dekabrından bu günə qədər bankın İdarə Heyəti sədrinin müavini idi.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, 82.43 mln. manat nizamnamə kapitalına sahibdir və ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər
Oxşar xəbərlər