20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Azərbaycanda bank sahəsi son ayda böyüdü – 32 milyard manat

Azərbaycanda bankların aktivlərinin həcmi son bir ayda 1 312.3 milyon  (1.31 mlrd) manat, yəni, 4.3 faiz artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2021-ci il tarixinə açıqladığı statistik rəqəmlərə istinad edir.

Hesabat dövrünə, bankların aktivlərinin həcmi 32 055.3 milyon manat olub.

Aktivlərinin 14 157 milyon manatı müştərilərə verdiyi kredit, 1 532.2 milyon manatı nağd vəsaitlər, 3 071 milyon manatı AMB-də müxbir hesablar, 3 493.9 milyon manatı nostro – başqa bankdakı hesablar, 4 155.7 milyon manatı banklar daxil olmaqla digər maliyyə institutlarına verilən depozitlər təşkil edib.

Bankların öhdəlikləri 1 yanvar tarixinə 27 356.1 milyon manata yüksəlib. Bu artıma səbəb müştərilərdən cəlb edilən depozit portfelinin həcminin 1 milyon 410.2 milyon manat (7.3 faiz) 20 722.9 milyon manata çatmasıdır. Bundan əlavə bankların 1 078.2 milyon manat maliyyə institutlarının depozitləri, 2 099 milyonu maliyyə institutlarının kreditləri və 1 729.7 milyon manatı isə bankların emissiya etdiyi qiymətli kağızlar olub.

Bankların cəmi kapitalı isə 4 699.2 milyon manat olub.

Son xəbərlər
Oxşar xəbərlər