27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bank sektoruna işçi axını davam edir – 2,045 nəfər artıb

Azərbaycan banklarında çalışan işçilərin ümumi sayı 19 460 nəfər olub.

Banker.az Mərkəzi Bankın 2019-cu ilin dekabr ayına olan göstəricilərinə istinad edir.

2018-ci ilin dekabrında isə bank işçilərinin sayı 17 415 nəfər təşkil edib. Belə ki, 2019-cu ildə bank işçilərinin sayı illik müqayisədə 2 045 nəfər və yaxud 12% artıb.

2019-cu ilin noyabr ayında bank işçilərin sayı 19 241 nəfər olub ki, bu da aylıq müqayisədə dekabrda işçilərinin sayının 219 nəfər artması deməkdir.

Son xəbərlər
Digər xəbərlər