Azərbaycanda bank və sığorta səhmdarı kapitalını azaldır

“Bank Avrasiya”, “Xalq Bank” və “Xalq Sığorta” ASC-lərin səhmlərinin müvafiq olaraq 37,5%, 33,85% və 50%-nə nəzarət edən “Yevro Standard” MMC ( və ya Euro Standrad) nizamnamə kapitalını azaltdığını elan edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin elanı yerləşdirilib.

Bununla belə, şirkətin kapitalının hazırda nə qədər olması və nə qədər azaldılacağı açıqlanmayıb. Yalnız o bildirilib ki, “Yevro Standard”ın kreditorları “PAŞA Holdinq” MMC-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına müraciət edə bilərlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları