Azərbaycanda bankçılığın inkişafına mane olan qaydalar – Müştəri banka gəlməlidir

0

BANKER.AZ/ Azərbaycan bank sistemində dövrün müəyyən mərhələrlərində idarəedici qurumlar tərəfindən elə bir qərarlar qəbul edilmişdirki, qeyd olunan qaydalar bank sisteminin inkişafının müxtəlif sahələr üzrə şaxələnməsinə demək olar ki imkan vermir.

Hazırda Azərbaycanda olan bankçılıq özünün ən bəsit formalarından birini  təcəssüm edir. Düzdür, buna səbəb təkcə qaydalar deyildir. Bazarın boş olması, bankların inkişafda meyilli olmamağıda öz təsirini göstərir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Lakin son illər İT texnalogiyaların inkişafı və bazarda rəqabətin güclənməsi bankları bu istiqamətdədə inkişaf etməyə sövq etməyə başlamışdır. Amma bunun qarşısını alan ciddi qaydalar vardırki , banklar bu səbəbdən inkişafa nail ola bilmirlər.

Silsilə yazımızda məhz bu tip qaydalar haqqında olacaqdır. Məqalələrimizi hər dəfə bir problemə həsr edəcəyik.

Müştəri mütləq olaraq  müqaviləyə banka gələrək imza atmalıdır

Bu qayda təxminən 2014 cü illərdə Mərkəzi Bank tərəfindən qəbul edilmişdir. Ortada rəsmi sənəd olmasada, bu qayda banklara bildiriş formasında göndərilmişdir. Ehtimal olunur ki , qeyd olunan qayda bir neçə bankın ticarət mərkəzlərində aktiv şəkildə kredit kartları paylaması ilə əlaqədar idi. Lakin o gündən qəbul edilən qayda hələdə qüvvədədir. Yəni bu dövr ərzində hətta Banklara nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsinə baxmayaraq, qayda aradan qaldırılmamışdır. Halbuki böhran dövründə inkişaf məhdudiyyəti olan ,xərclərini azaltmaq istəyən banklar üçün buda müəyyən satış kanalı ola bilərdi.

Bu qayda banklara müxtəlif onlayn və offlayn satış kanallarının inkişafında ciddi zərər verməsi bütün bank işçilərinə bəllidir. Fərz edin ,bu qaydaya görə Azərbaycanda onlayn kreditləşmə ola bilməz. Yəni heç bir bank hazırda tam onlyan müraciət əsasında kredit ayırıb müştəriyə verə bilməz. Hazırda banklarda olan mexanizm aşağıdakı qaydada işləyir – şəxs banka müraciət edir, bank müştərinin kredit götürmək qabiliyyətin təhlil edib krediti təklif edir, müştəri krediti götürmək üçün bank filialına mütləq olaraq yaxınlaşıb sənədləri imzalamalıdır. Eyni proses kredit kartları ilə bağlıdır. Bankların bir çoxu onlayn müraciət əsasında müştərinin kartını hazırlayır, müştəri kartı götürmək üçün filiala yaxınlaşmalıdır. Halbuki, bankçılıq inkişaf edən bütün ölkələrdə banklar müştərilərə krediti onlayn ayıra bilirlər. Yəni Azərbaycanda heç olmazsa, ilkin dövrdə təkrar müştərilərlə bağlı bank müştərinin filiala gəlməsini tələb etməyə bilər. Hətta qonşu Rusiyada  Sberbank (dövlət bankı), Alfabank,Tinkoff bank və s. müştərilərə kuryer vasitəsi ilə onların sifariş etdiyi kartları göndərir və müqaviləyə müştəri kartı qəbul edən zaman imza atır.

Məsələnin maraqlı tərəfi  müştəri identifikasiyasının ASAN imza və ya elektron imza vasitəsi ilə təsdiq olunduğu haldada mümkün olmamasındadır. Yəni hətta o olsa bilə müştəri bank filialına yaxınlaşmalıdır.

Prosesin bu formada gedişatından nəinki banklar, hətta adi istifadəçilərdə itirirlər. Banklar məhsullarını rahat formada istehlakçılara çatdıra bilmirlər, müştərilər isə təklif olunan məsulları rahat formada almaq imkanından məhrum olurlar.

Düşünürük bu məsələ ilə bağlı tezliklə müvafiq addımlar atılacaqdır və məsələnin həllində müəyyən irəliləyişlərə nail olunacaqdır.