“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü olan Nəsimi Gündoğdu vəzifəsini tərk edib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatında qeyd edilir.
1994-1996-cı illərdə Ziraat Bankasıda (Türkiyə) Maliyyə Analitiki, 1996-2005 Yapı ve Kredi Bankası A. Ş. (Türkiyə) Kredit Analitiki , 2005-2007 Kredit Təsis Meneceri , 2007-2011 Kredit Dəstək Meneceri vəzifəsində çalışıb.
2011-2014 bu bankda Filial müdiri , 2014-14. 05. 2018 Bölgələrin Kommersiya kreditləri, Monitorinqi və işləmə üzrə Vitse Prezidenti olmuşdur.
O, bankın Azərbaycandakı törəməsinə isə 15.05.2018-17.12.2018 Baş Risk İnzibatçısı vəzifəsində işləmişdir. 18.12.2018- ci ildən etibarən İdarə Heyətinin üzvi seçilmişdi.
O, 1994-cü ildə Ankara Universitetinin Beynəlxalq münasibətlər fakultəsini bitirmişdir.