21 C
Baku
Friday, July 1, 2022

Azərbaycanda banklar 11 milyard manatdan çox kredit verib

2018-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 815,8 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 9 milyard 516,4 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 708,8 milyon manat olub və ümumi kredit portfelinin 14,5 faizini təşkil edib.

Trend

Son xəbərlər
Oxşar xəbərlər