17 C
Baku
Monday, April 15, 2024

Azərbaycanda bankların ABŞ dollarının alışı artıb, satışı azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları oktyabr ayı ərzində müştərilərdən 176,98 milyon ABŞ dolları (USD) manat mübadilində almaqla bu göstərici ilə ilin yalnız yanvar və fevral aylarından geri qalıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan daxil olan məlumatda deyilir.

Bununla da banklar hesabat dövründən əvvəlki ay – sentyabrla müqayisədə 14,74% daha çox dollar alması deməkdir.

Bankların isə banklardan ABŞ dollarının alınmasına maraq əksinə, azalıb. Belə ki, əhalinin banklardan dollar alışı sentyabr ilə müqayisədə oktyabrda 8,28% azalaraq 237,26 mln. dollara düşüb. Qeyd edək ki, banklardan ən çox dollar alışı ilin apreldə ( 545,66 mln USD)
və avqustda(542,75mln. USD) qeydə alınmışdı.

Məzənnə

Dollar isə qeyd edilən müddət ərzində alışı 1.6900-1,7000 manat aralığında, satışı isə 1,7000-1.7030 manat aralığında olmuşdur.

2018-ci ilin oktyabrında  isə 16,42 mln. avro (EUR) banklar tərəfindən əhalidən alınmış və 76,66 mln. manat satış həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər