26 C
Baku
Saturday, July 13, 2024

Azərbaycanda bankların aktivlərinin təsnifləşdirilməsi qaydaları qüvvəyə minib

Mayın 29-dan etibarən Azərbaycanda “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” qüvvəyə minib.

Banker.az xəbər verir ki, bu qaydalar 2018-ci ilin noyabr ayında MBNP tərəfindən təsdiq olunub.

Qaydalara əsasən, aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri-standart

aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.

Aktivlərin təsnifləşdirilməsi gecikmə müddəti və keyfiyyət meyarları üzrə ayrılıqda həyata keçirilir. İki təsnifləşdirmə nəticəsində aktiv üzrə təsnifat kateqoriyaları biri-birindən fərqli olduqda, aşağı olan təsnifat kateqoriyası əsas götürülür. Qənaətbəxş aktivlər ən yüksək, ümidsiz aktivlər isə ən aşağı təsnifat kateqoriyasıdır. Həmçinin yeni qaydalar aktivlərin təminatlı və təminatsız aktivlərə təsnifləşdirilməsini nəzərdə tutur.

Aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:

Aktivin təminatının bazar qiyməti təminat məqbul təminat olduqda aktivin ümumi məbləğinin 100%-dən, təminat məqbul təminat olmadıqda isə aktivin ümumi məbləğinin 150%-dən aşağı düşdükdə, təminatlı aktivlər təminatsız aktivlər üzrə müəyyən edilmiş gecikmə günləri üzrə təsnifləşdirilir.

Aktivin gecikmə müddəti müvafiq müqavilədə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.

Aktivin hər təsnifat kateqoriyası özünün göstəriciləri və meyarlarına malikdir.

Bundan əlavə, qaydalar aktivlər üzrə ehtiyatların yaradılması və və ümidsiz aktivlərin silinməsi, istehlak kreditlərinin təsnifləşdirilməsi, restrukturizasiya olunmuş aktivlərin təsnifləşdirilməsi, banklararası tələblərin təsnifləşdirilməsi, balansdankənar öhdəliklərin təsnifləşdirilməsini müəyyən edir.

Qeyd edək ki, bu dəyişiklikdə həmçinin istehlak kreditlərindəki DTI əmsalının da aşağı yuxarı həddində dəyişiklik olmuşdu. (ətraflı)

Son xəbərlər
Digər xəbərlər