Azərbaycanda bankların fərdi sahibkarlara verdiyi kredit rekord yenilədi

Azərbaycanda hüquqi şəxs yaratmadan bizneslə məşğul olan sahibkarlara (fərdi sahibkar) verilən kreditlər artıq bir neçə aydır tarixi rekord yeniləməkdədir.

Banker.az Azərbaycan Mərkəzi Bankının iyun ayının 1-ə olan statistik göstəricilərinə istinadən xəbər verir ki, fərdi sahibkarlara verilən kredit portfelinin həcmi 1 mlrd. 57 mln. manat olmuşdur (1 057 mln.).

Bu da son ayda cəmi kreditlərin 39.6 mln. manat (3.9%), son bir ildə isə 388.6 mln. manat (58.1%) artmışdır.

Fərdi sahibkarlara verilən kreditlərdə milli valyutanın payı 93.8% olmuşdur. Belə ki, 991.1 mln. manatlıq milli valyutada kreditlər verilmiş, bu da son bir ayda 4.5% artım deməkdir. Qalan hissəsi, yəni 6.2%-i isə xarici valyutadadır. Xarici valyutada olan kreditlərin həcmi illərdir azalır və artıq 65.9 mln. manat təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.