2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 116.8 ton barama istehsal edilib.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
2022-ci ilin müvafiq dövrünə nisbətən barama istehsalı 3.6 dəfə artıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 226.9 min ton ət, 909.5 min ton süd, 918.6 milyon ədəd yumurta, 11.7 min ton yun istehsal edilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3.1 faiz, süd istehsalı 2.1 faiz, yumurta istehsalı 11.4 faiz, yun istehsalı isə 2 faiz azalıb.