Azərbaycanda beton konstruksiyalarının istehsalı 3.4 dəfə artıb, asfalt istehsalı azalıb

Azərbaycanda 2025-ci ildə yığma beton tikinti konstruksiyalarının istehsalı 250.4 min kubmetrə çatıb.

Banker.az-ın məlumatına görə, bu məhsulun istehsalı əvvəlki illə müqayisədə 3.4 dəfə artıb. 2024-cü ildə istehsalın həcmi 73.5 min kubmetr olmuşdu.

Eyni zamanda, asfalt istehsalı 35.6% azalaraq 1 milyon 168.9 min tona, hörgü üçün beton qarışığının istehsalı isə 10.5% azalaraq 4 milyon 857.8 min tona düşüb.

Tikinti üçün əhəngdaşı istehsalında 48.4% azalma qeydə alınıb.

Sement istehsalı 2.3% artaraq 4 milyon 166.6 min tona, tikinti kərpici istehsalı 1.6% artaraq 662 min kubmetrə çatıb. Armatur istehsalı isə 9.7% azalaraq 397.1 min ton olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər