32 C
Baku
Sunday, July 14, 2024

Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı 2 dəfədən çox artıb

Azərbaycanda beynəlxalq daşımalarda istifadə olunan avtomobillərin sayı sürətlə artmaqdadır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda, həmçinin ölkələrin xarici iqtisadi əlaqələrində avtomobil nəqliyyatının rolu danılmazdır, bu nəqliyyat növü perspektivli olmaqla yanaşı, daim inkişaf etməkdədir.

“Dünyada ticarətin və onlayn satışların sürətli inkişafı hər il nəqliyyat xidmətlərinə tələbatı daha da artırır. Eyni zamanda yük avtomobili sürücülərinin sayı bazarın tələblərinə tam ölçüdə cavab vermir. Koronavirus pandemiyası bütün dünyada bu problemi daha da kəskinləşdirib. Məsələn, bu gün Avropa İttifaqı (Aİ) ölkələrində bütün açıq vakansiyaların beşdə biri sürücülərə aiddir”, – A.Rzayev deyib.

O həmçinin Azərbaycandakı cari vəziyyəti təhlil etdikdə beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğunu qeyd edib.

“Beləliklə, iki il öncə bu cür nəqliyyat vasitələrinin sayı üç mindən az idi, 2022-ci ildə isə bu göstərici səkkiz mini ötüb keçib ki, bu da öz növbəsində peşəkar sürücülərə tələbatı əhəmiyyətli dərəcədə artırıb”, – A.Rzayev əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər