6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Azərbaycanda bir gündə COVID-19-a 219 nəfər yoluxub, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 332 454 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib, aktiv xəstə sayı 6 886 nəfərdir.

Ölkədə son sutka ərzində 7 211, hazırkı dövrədək isə 3 453 244 test aparılıb.

Son xəbərlər
Oxşar xəbərlər