10 C
Baku
Tuesday, November 12, 2024

Azərbaycanda bir nəfər orta hesabla ayda 420 manat xərcləyib

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 2,7 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420,0 manatlıq, o cümlədən 232,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər
Digər xəbərlər