27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bir nəfər orta hesabla ayda 424 manatlıq məhsullar alıb

2023-cü ilin yanvar ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən
satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında pərakəndə ticarət
dövriyyəsi real ifadədə müəssisələr üzrə 1.4 faiz, fərdi sahibkarlar üzrə 3.9 faiz, bazar və
yarmarkalarda 2.5 faiz artmışdır.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 424.3
manatlıq, o cümlədən 236.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 187.4
manatlıq qeyri-ərzaq malları almışdır.

Son xəbərlər
Digər xəbərlər