Azərbaycanda bir neçə restoranda pozuntular aşkar edilib -Siyahı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir neçə ictimai iaşə müəssisələrində pozuntular aşkar edib.

Banker.az-ın AQTA-dan əldə etdiyi məlumata əsasən xəbər verir ki, pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Nərimanov rayonu‎, Məsud Əlizadə 24 B ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Çapay oğluna məxsus “Wood House” restoranı;

Bakı şəhəri, Səbail rayonu, Əliyeva 3 ‎ ünvanında yerləşən, hüquqi şəxs “Simurg” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Second cup” restoranı;

Bakı şəhəri, Yasamal ‎rayonu, Cavid pr. A.Sultanova küç. kəsişməsində yerləşən, hüquqi şəxs “Reges Restauran” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94F,102D ünvanında yerləşən, fiziki şəxs Babayev Əkrəm Rəhim oğluna məxsus “Bazaar rooms” restoranı;

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba çimərlik ünvanında yerləşən, hüquqi şəxs “Alka ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Sea side” restoranı;

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.