Azərbaycanda bir sıra dövlət qurumlarının saytına giriş dayandı

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.

İstifadəçilər Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Milli Məclis və Nazirlər Kabineti də daxil olmaqla bir sıra dövlət qurumlarının rəsmi internet resurslarına daxil ola bilmirlər.

Saytlara giriş zamanı səhifələrin açılmadığı müşahidə olunur. Bu isə həmin qurumlardan rəsmi məlumat əldə etmək istəyən istifadəçilər üçün çətinlik yaradır.

Hazırda problemin səbəbi, miqyası və nə vaxt aradan qaldırılacağı barədə rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi məlum deyil.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər