Azərbaycanda biznes evləri yaradılır

Orxan Məmmədov

2019-cu ildən etibarən Azərbaycanda kiçik və orta biznes evləri (KOB evləri) açılacaq. Bu barədə Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin İdarə Heyətinin sədriOrxan Məmmədov jurnalistlərə məlumat verib.

“İlk KOB evinin 2019-cu ildə Bakıda açılması planlaşdırılır”, – O.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.

Onun sözlərinə görə, KOV evlərində 35 dövlət strukturu təmsil olunacaq. Onların fəaliyyəti sahibkarlara yardım göstərilməsionə yönələcək.