13 C
Baku
Sunday, November 27, 2022

Azərbaycanda biznes kreditləri azalıb, istehlak kreditləri artıb

2022-ci ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın bank sektorunun kredit portfeli 151.2 milyon manat artaraq 31 avqust 2022-ci il tarixində 18 milyard 638.6 milyon manata çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata, istehlak kreditləri 101.7 milyon manat artaraq 5 milyard 416.7 milyon manata, ipoteka kreditləri isə 54.6 milyon manat artaraq 2 milyard 730 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər
X