Baş bankir: Azərbaycanda “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradılacaq

0

Azərbaycanda “Blokchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihənin təqdimatı keçirilib.

Banker.az AMB-yə istinadla məlumat verir ki, bu haqda məlumatı AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu, regionda həyata keçiriləcək ilk mühüm layihədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bu gün dünyada “4-cü sənaye inqilabı” mövzusu olduqca aktualdır. Sənaye inqilabında iqtisadiyyatın transformasiyası sahəsində yeni texnologiyaların, xüsusi ilə də paylanma reyesterlərinin böyük informasiya massivlərinə çıxışı olan texnologiyaların tətbiqi olduqca yenidir və bu, iqtisadi transformasiyada böyük yeniliklər gətirəcək. Bizim IBM-lə bağladığımız müqavilə rəqəmsallaşma strategiyasının yaradılmasını nəzərdə tutur. Bu baxımdan biz dünən ilkin təqdimatda bu texnologiyaların genişləndiyinin şahidi olduq və bunun bizim maliyyə sahəsində geniş imkanlar yaradacağını gördük. Bu texnologiyaların tətbiqinin maliyyə-bank sektorunda dərin islahatlar, bütövlükdə bu sektorun effekliliyinin artırılması, əhalinin rahatlığının təmin olunması, eləcə də əhali və maliyyə institutlarının xərclərinin azaldılması, dövlət idarəetməsinin sinxronlaşdırılması, kağız daşıyıcılardan çıxılması, təhlükəsizliyin tam təmin olunması, mərkəzləşdirilmənin azaldılması istiqamətində potensial imkanlar yaratmasının şahidi olduq. AMB digər dövlət insitutları ilə birlikdə vahid koordinasiya şəklində mühüm istiqamətlərdən biri olan iqtisadiyyatın transformasiyası və bu zaman yeni texnologiyalar, rəqəmsallaşma strategiyasından istifadə etməklə bu layihənin Azərbaycanda yayılması, xüsusilə də maliyyə sektorunun yeni bir formasının yaradılmasında çox ciddi səylər göstərəcək”, – deyə E.Rüstəmov vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankında “Blockchain” əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanıb. Müqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanıb və plan üzrə işlərin realizasiyasına start verilib. Bu sahədə aparılan işlərin davamı olaraq Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə müvafiq görüşlər keçirilib. Görüşlər zamanı “Blockchain” texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilmiş və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılıb. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.

©finans.az