1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Azərbaycanda BOKT-lar filiallarının sayını artırırlar

Azərbaycanda BOKT filiallarının sayı artmaqda davam edir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin mart ayında BOKT-filiallarının sayı 232 ədəd olub. 31 dekabr 2019-cu il tarixində isə bank olmayan kredit təşkilatlarının sayı 228 təşkil edib ki, bu da 3 ayda 4 yeni BOKT filialının açılması deməkdir.

Onu da qeyd edək ki, ötən ilin sentyabr ayında isə filialların sayı 207 olub. Belə ki, 6 ay ərzində 25 BOKT filialı açılıb.

Bildirək ki, Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 6 milyon manat xalis mənfəətlə başa vurub.

Son xəbərlər
Oxşar xəbərlər