27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda BOKT-ların kredit qoyuluşunda payı azalıb

2021-ci ilin mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 milyard 986 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1.1% azdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit qoyuluşunun 11 milyard 764 milyon manatı və yaxud 78,5%-i özəl bankların payına düşüb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə 3% azalıb.

Kredit qoyuluşunun 2 milyard 848  milyon manatı dövlət banklarının payına düşür ki, bu da illik müqayisədə 8% çox deməkdir.

Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 375.7 milyon manat olub. Ötən ilin eyni dövrünə nisbətən BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2.7%-dən 2.5%-ə enib.

Son xəbərlər
Digər xəbərlər