Azərbaycanda BOKT-ların qanunvericiliyinə yenidən baxılacaq

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) qanunvericiliyinə yenidən baxılacaq.

Bunu  Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, Assosiasiya bu sektorun inkişafına yönəlmiş təkliflər hazırlayacaq: “Bu istiqamətdə işçi qrupu yaradılıb və müzakirələrə başlanılıb. Mərkəzi Bank tərəfindən bu sahəyə operativ yanaşma var. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət göstərdiyi dövrdə ümumiyyətlə lisenziya verilmirdi. Son zamanlar isə BOKT-ların sayı 51-ə çatıb. BOKT-ların hədəf müştəriləri regionlarda olduqları üçün burada əsasən söhbət fermerlərin maliyyə xidmətlərinə əlçatanlığını təmin edilməsindən gedir”.

J. Hacıyeva yaxın gələcəkdə BOKT-ların həm sayının artmasına, həm də onların göstərəcəyi xidmət sahəsində müəyyən dəyişikliklərin olacağına inandığını bildirib və əlavə edib ki, bu, öz növbəsində, həm regionların inkişafına, həm də kənd təsərrüfatında fəaliyyət göstərən sahibkarların inkişafına töhfə verəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.