Azərbaycanda böyük çay istehsalçısına yeni rəhbər təyin edilib

Azərbaycanda təbii qara çay istehsal edən “Astara Çay” MMC-nin rəhbəri dəyişib.

Banker.az bu barədə şirkətə yaxın mənbədən məlumat əldə edir.

Məlumata görə, Emil Məmmədov Akif oğlu şirkətin İdarə Heyətinin sədri seçilib. O, bu vəzifəsinin icrasına 2021-ci ilin iyulundan başlayıb.

E.Məmmədov bundan öncə “Aztech Teata Motors”da və “Avrora” Şirkətlər Qrupunda çalışıb.

“Astara Çay” MMC 2012-ci ildə təsis edilib, 1 565 000 manat nizamnamə kapitalına sahibdir. Şirkət çayla yanaşı  təbii düyü istehsalı, feyxoa, portağal və mandarin becərilməsi ilə də məşğuldur. 2015-ci ildən fəaliyyətə başlamış Çay Fabrikində  “AzTea” və “Astaraçay” çay markaları istehsal olunur. Çay istehsalı üçün istifadə olunan xammal Azərbaycanın Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan təmin edilir. Plantasiyalarımızın ümumi sahəsi 450 hektardır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.