8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda böyük tikinti şirkəti səhm bazarını tərk edib, rəhbərini dəyişir

2018-ci ilin sentyabrında rebrendinqdə gedən “AKELIK Group” açıq səhmdar cəmiyyəti qiymətli kağızlar bazarında çıxacaq.

Banker.az-ın əldə etdiyi məlumata görə bununla bağlı artıq 13 yanvar 2020-ci ildə toplaşacaq səhmdarlar qərar veriblər.

Qeyd olunur ki, “AKELIK Group”un səhmdarlarının iclasının keçirilməsində prioritet şirkətin yenidən təşkilin çevrilmə formasında təşkilati-hüquqi formasının dəyişərək “AKELIK Group” MMC-yə çevrilməsidir. Yəni, səhmdar cəmiyyətdən məhdud məsuliyyətli cəmiyyətə çevrilir.

Şirkət 2011-ci ildən Azərbaycanda dövlət qeydiyyatına alınıb və həmin zaman isə “ALKE İnşaat Sanaye və Ticaret” ASC- kimi adlandırılırdı.

“AKELIK Group”dən vaxtı ilə şirkətin nizamnamə kapitalının 100 mln. ABŞ dollarına qədər artırılması planlanmışdır, lakin, bir neçə ildir artıq 33 mln. manatda qalıb.

Bundan əlavə keçirləcək iclasda elə məhz nizamnamə kapitalının müəyyən olunmasıda müzakirə mövzusudur. Adətən, şirkətlər səhm bazarını tərk etdikdə nizamnamə kapitalında kəskin fərqlə azaldılmalar edirlər. Artım və azalma olacağı barədə məlumat qeyd edilməyib.

Şirkətin yeni direktorun təyin edilməsi və Nizamnamənin yeni redaksiyada təsdiq olunması kimi məsələlər də gündəliyə daxil edilib.

Xatırladaq ki, “AKELIK GROUP” tikinti şirkətidir, Azərbaycanla yanaşı regionda, Qazaxıstan, Qırğızıstan, Özbekistan, Tacikistan, Gürcüstan, Belarusiya və Moldova kimi ölkələrdəki vacib tender tədbirlərində iştirak edir.

 

Son xəbərlər
Digər xəbərlər