4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Azərbaycanda böyük yanacaqdoldurma şirkəti yaradılıb

Azərbaycanda böyük yanacaqdoldurma şirkəti təsis edilir.

Banker.az xəbər verir ki, bu, “COİL” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkət Abşeron Rayonu, Məmmədli, Məhəmmədi Kəndi, Əjdər Məlikov Küçəsi “Luxoil” yanacaq doldurma məntəqəsində dövlət qeydiyyatına alınıb.

Şirkət DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsində 2 904 500 manat nizamnamə kapitalı qeydiyyata alınmış və şirkətin direktoru Gülaliyev Niyaz Əlövsət oğludur.

Xatırladaq ki, “Luxoil”də yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər