27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bu banklar 200 milyon ABŞ dolları dəyərində istiqrazlara investisiya ediblər

Azərbaycan Banklar Assosiasiyasına üzv banklar “SOCAR Polymer” layihəsinə dəstək veriblər.

Banker.az xəbər verir ki, “SOCAR Polymer Investments” şirkətinin “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsi məqsədilə 2020-ci ilin iyul ayında emissiya etdiyi 200 milyon ABŞ dolları məbləğində istiqrazlara Azərbaycanın Beynəlxalq Bankı, Bank of Baku, Xalq Bank, Kapital Bank, Bank Respublika, RabitəBank, PAŞA Bank və Ziraat Bank tərəfindən investisiya edilmişdir.

Bu istiqrazların tədavül müddəti 5 (beş) il, istiqrazlar üzrə faiz dərəcəsi isə illik 5%-dir (beş faiz). İstiqrazların buraxılışı Mərkəzi Bank tərəfindən 19 iyun 2020-ci il tarixində qeydiyyata alınmış və istiqrazlar birjadankənar bazarda tam həcmdə yerləşdirilmişdir.

Layihəyə ümumilikdə 864 milyon ABŞ dollarından çox investisiya edilmişdir. Ölkədə qeyri-neft sektorunda ilk dəfə olaraq “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında Layihə xərclərinin təqribən 60%-ni əhatə edən 489 milyon ABŞ dolları həcmində “Qazprombank”dan kredit cəlb edilmişdir.

“SOCAR Polymer”in maliyyələşmə strategiyasının növbəti mərhələsi çərçivəsində hazırkı borcun bir hissəsinin daha aşağı faizli borcla yenidən maliyyələşdirməsinə başlanılmışdır. Banklar tərəfindən ayrılan vəsait “SOCAR Polymer”in maliyyə portfelinin optimallaşdırılması məqsədilə Qazprombank SC-dən cəlb edilmiş kredit vəsaitinin bir hissəsinin yenidən maliyyələşdirilməsinə sərf olunmuşdur. Bu, “SOCAR Polymer”ə daha sərfəli maliyyə resursları hesabına layihə xərclərini azaltmağa şərait yaradacaqdır.

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər