Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr 4 dəfə artırılıb.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya iki yüz manat məbləğində cərimə ediləcək.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, bu cərimə 50 manat olub.