14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Azərbaycanda bu il 178 xarici müəssisə yaradılıb

faizlere

2021-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1.8 faiz artaraq 2021-ci il aprelin 1-i vəziyyətinə 158 163 olmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-mart aylarında 2 833 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 105 vahid isə ləğv edilib.

Bu ilin 3 ayında 178 xarici müəssisə (100% xarici  investisiyalı) yaradılıb, 10-u isə ləğv edilib.

2021-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış statistik vahidlərin 98.5 faizi xüsusi mülkiyyətli (ondan 6.3 faizi tam xarici investisiyalı, 1.6 faizi birgə mülkiyyətli), 1.5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər