Azərbaycanda bu il 59 mindən artıq POS-terminal quraşdırılıb

Azərbaycanda POS-terminalların sayı yanvar-may aylarına 59 651 ədəd təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankının icmal göstəricisinə istinadən xəbər verir ki, bir ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı isə 615 ədəd artıb.

Ötən ilin müvafiq dövründə isə POS-terminalların sayı 55 min 27 ədəd olub. İllik müqayisədə POS-terminalların sayı 4 min 624 ədəd artb.

Qeyd edək ki, cari ilin ilk beş ayında Bakıda quraşdırılan post-terminalların sayı 39 min 172, regionlarda isə 20 min 479 olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.