17 C
Baku
Monday, April 22, 2024

Azərbaycanda bu il fındığın məhsuldarlığının daha çox olacağı gözlənilir

Artıq 2022-2023 fındıq mövsümünün başlanmasına sayılı günlər qalıb. Hətta bəzi erkən fındıq növlərinin yığımı başlanmaq üzrədir. Belə olan halda, məhsuldarlığın necə olacağı sualının cavabı fındıq istehsalçılarının, dəllalların və emalçıların hər birinə maraqlıdır. Bunu bilmənin ən dəqiq yolu mövsümün sonunu gözləmək olsa da, reallığa yaxın proqnozları artıq indidən vermək mümkündür.

Respublikamızın həm Şəki-Zaqatala (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ) iqtisadi-coğrafi rayonu, həm də Quba-Xaçmaz (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən) üzrə məhsuldarlığın yaxşı olması, hətta keçən mövsümü üstələməsi gözlənilir. Təbii ki, bəzi lokal xarakterli təbii fəsadların (dolu, tufan və s.) bir və ya bir neçə kəndin məhsuldarlığına mənfi təsir etməsi istisna haldır və bu ümumi nəticəyə bir o qədər də təsir etmir.

Xatırladaq ki, dünya fındıq ticarətinin cəmi 5 faizinə sahib olan Azərbaycanda məhsuldarlığın az və ya çox olması bir şey ifadə etmir. Fındığın qiyməti, bazarın 70 faizinə sahib olan və sektorun lideri Türkiyədəki məhsuldarlığın həcminə əsasən formalaşır. Bu mövsüm Türkiyədə İNC (Ümumdünya Qərzəkli və Quru Meyvələr Şurası) hesablanmalarına görə 760 min ton, Türkiyənin rəsmi qurumlarının hesablanmalarına görə 730 min ton məhsuldarlıq gözlənməsi də onu göstərir ki, dünyanın ən böyük fındıq istehsalçısında 2022/2023 mövsümündə kifayət qədər bol məhsuldarlıq olacaqdır.

Mənbəfindiq.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər