3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Azərbaycanda bu il maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 57 müəssisə yaradılıb

Cari ilin yanvar-mart ayları ərzində maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 57 yeni müəssisə yaradılıb, 2 statistik vahid isə ləğv edilib.

Banker.az xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

2021-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş statistik vahidlərin 35.2 faizi “Ticarət; nəqliyyat vasitələrinin  təmiri”, 12.4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 8.6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial  təminat”, 7.6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6.7 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” sahələrində, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 33.6 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11.5 faizi “Tikinti”, 7.8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7.5 faizi “Emal sənayesi”,  6.2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6.1 faizi  “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Son xəbərlər
Oxşar xəbərlər