26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda bu il xarici vətəndaşların bank kartları xərcləmələri 15% azalıb

2023-cü ilin yanvar-fevral aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 333,8 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da illik müqayisədə 14.7 % azdır.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayında bildirilir.

Yalnız fevral ayında isə 162.3 milyon manat dəyərində əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır.

Son xəbərlər
Digər xəbərlər