21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Azərbaycanda bu ilin 6 ayında 40 min yeni iş yeri açılıb

Screen Shot 2021 09 02 at 14.34.20

2021-ci ilin altı ayı ərzində ölkədə 30.9 min yeni iş yerləri açılmışdır.

Bu dövrdə yaradılmış iş yerlərinin 89.1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 75.8 faizi Bakı şəhərinin, 0.6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4.6 faizi Gəncə-Daşkəsən, 4,0 faizi Abşeron-Xızı, 3.2 faizi Lənkəran-Astara, 2.8 faizi Quba-Xaçmaz, 2.1 faizi Şəki-Zaqatala, 1.9 faizi Qazax-Tovuz, 1.2 faizi Mərkəzi Aran, 1.1 faizi Şirvan-Salyan, 0.9 faizi Qarabağ, 0.7faizi Dağlıq Şirvan, 0.7 faizi Mil-Muğan, 0.4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.

Yeni açılmış iş yerlərinin 11.7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85.5 faizi mövcud müəssisə və təşkilatlarda, 0.6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2.2 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər