25 C
Baku
Friday, July 19, 2024

Azərbaycanda bu radionun fəaliyyəti dayandırıldı

Naxçıvanda daha bir qurum fəaliyyətini dayandırıb.

2001-ci ili sentyabr ayından fəaliyyət göstərən “Naxçıvanın səsi” radiosunun efiri bu gündən dayandırılıb.

Radio muxtar respublika ərazisində 100,3 FM tezliyində yayımlanıb. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək yayım həyata keçirib. 2020-ci ildən etibarən radio muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Son xəbərlər
Digər xəbərlər