4 C
Baku
Sunday, December 4, 2022

Azərbaycanda bu şəxslərə verilən müavinət ləğv olunur

Miqrasiya orqanlarının işçilərinə məzuniyyətə çıxarkən ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv olunur.

Milli Məclisin bu gün keçirilən iclasında “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.

Belə ki, Əsasnamənin 80-ci bəndinə edilən dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

Sənədin hazırkı varinatında isə qeyd olunub ki, miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.

Digər dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinətin ödənilməsi ləğv olunur.

Əsasnamənin 90-cı bəndində edilən dəyişikliklə, miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Sənədin hazırkı varinatında bildirilib ki, iqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.

Dəyişikliklər 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X