7 C
Baku
Monday, February 6, 2023

Azərbaycanda bu şəxslər işlə təmin olunacaq – RƏSMİ

Azad edilən ərazilərə qayıdacaq şəxslər işlə təmin olunacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Belə ki, yaşayış yerlərinə qayıdacaq işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının qiymətləndirilməsi və qeydiyyatının təmini, yaşayış yerlərinə qayıdacaq şəxslər üçün fərdi məşğulluq proqramlarının tərtib olunması və işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərin məşğulluğunun təmin edilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər
X