Azərbaycanda bu sahədə işləyənlərin orta maaşı 4 000 manatdan yüksəkdir

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1.9 faiz azalaraq 722.3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 209.2 manat, qeyri neft-qaz sektorunda 670.6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629.3 manat, özəl müəssisələrdə isə 836.2 manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 3 167.5 manat, bu sahə üzrə dövlət sektorunda 1 631.6 manat, özəl sektorda isə 4 099.6 manat təşkil edir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.