24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Azərbaycanda bu tarixdən güzəştli kreditlərə müraciət qaydaları sadələşdirilir

Screen Shot 2021 09 02 at 14.34.20

“Cevikliyin qorunması baxımından, düşündük ki, sadələşmə planı tədbiq edək. Sadələşmə planında 4 məqam var.”

Banker.az xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədr müavini Osman Xaliyev bildirib

Tələb olunan sənədlər – Təhlil etdikdə, hardasa say olaraq 10-12 arası sənəd tələb edilirdi, bu hüquqi və fiziki şəxs olaraq dəyişə bilər. Tələb olunan sənədlərin sayını 6-yadək endirildi. Bu sentyabr ayının 1-dən tətbiqinə başlanılacaq.

Fonda göndərilən sənədlərin notarial qayda da təsdiqi – Təsdiq məsələsi müvəkkil kredit təşkilatına həvalə ediləcək. Artıq banklar, bokt-lar sahibkarlıq subyektlərinin sənədlərini göndərərkən öz təsdiqləri kifayət edəcək. Sahibkarlıq subyekti əlavə olaraq notariusa müraciət etməyəcək.

Sadələşmə planında qərarların çevik verilməsi – əgər hər hansı bir müraciət Fonda daxil olursa, düzəldilməsi ilkin olaraq mümkün olmayan məqam görünürsə, dərhal çevik reaksiya verərək çatışmazlıqları qeyd etməklə sənədlər müvəkkil təşkilata geri qaytarılır. Və müvəkkil təşkilatı düzəlişi edib yenidən kredit müraciəti edə bilər.

Biznes planı olan tələbin minimal məbləğ olaraq həddi – Bu hazırkı durumda 50 min manatdan yuxarıdır, artıq sentyabr ayının 1-dən 200 min manatadək kreditə müraciət edən sahibkarlıq subyekti Fondun güzəştli vəsaitindən yararlanmaq istədikdə, 200 min manatadək olan müraciətlərdə biznes planın yazılmasına və təqdim edilməsinə ehtiyac qalmır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər