12 C
Baku
Sunday, March 3, 2024

Azərbaycanda bu tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində statistik göstəricilər açıqlanıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Qeyd olunan dövrdə ölkədə 1048.7 min ton sement istehsal olunub ki, bu da 0.1% azalma deməkdir. Tikinti kərpici istehsalında da azalma olub: istehsal 25.1% azalaraq 174.9 min kub metrə düşüb.

Tikinti gipsi istehsalında isə 2.3 dəfə artım müşahidə olunub: 20.5 min ton.Hesabat dövründə ən çox istehsal edilmiş tikinti materialı isə tikinti şüşəsi olub. 3004.3 min kv metr tikinti şüşəsi istehsal olunub ki, buda ötən ilin yanvar – aprel ayları ilə müqayisədə 32.4% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər